Ən çox verilən suallar

Kimlər intellektual bölmələrdə xidmət üçün nəzərdə tutulan seçim meyarlarına uyğun hesab edilə bilər?
İntellektual bölmələrdə müddətli həqiqi hərbi xidmət üçün yüksək akademik nəticələrə, xüsusi bilik və bacarıqlara, beynəlxalq peşəkar sertifikatlara və ya müvafiq olimpiada, yarış və müsabiqələrdə nailiyyətlərə malik şəxslər nəzərdən keçirilə bilərlər.
Seçim altı meyardan ən azı birinə uyğunluq əsasında aparılır. Meyarların tam siyahısı ilə portalın “Qaydalar” bölməsində tanış olmaq mümkündür.
Qəbul imtahanlarında 600 və daha yüksək bal toplamışamsa, elektron müraciət etməliyəm?
Bəli. Bu meyara uyğun şəxslər Milli Müdafiə Universitetinin “İntellektual bölmələr” elektron portalı vasitəsilə müraciət etməlidirlər. Müraciət zamanı aşağıdakı sənədlər təqdim olunmalıdır:
- Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş, abituriyentin bakalavriat səviyyəsi üzrə keçirilmiş test imtahanlarında topladığı ballar və müsabiqənin nəticəsi haqqında arayış;
- Ali təhsili başa vurduğunu təsdiq edən sənəd (diplom və ya myGov portalından elektron çıxarış).
Fənn olimpiadasının qalibi olmuşamsa, əlavə sənəd təqdim etməliyəm?
Ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunmuşamsa, elektron müraciət etməliyəm və hansı sənədləri təqdim etməliyəm?
Bəli. Bu meyara uyğun şəxslər də Milli Müdafiə Universitetinin “İntellektual bölmələr” elektron portalı vasitəsilə müraciət etməlidirlər. Müraciət zamanı aşağıdakı sənədlər təqdim olunmalıdır:
- Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş, abituriyentin ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunmasını təsdiq edən arayış;
- Ali təhsili başa vurduğunu təsdiq edən sənəd (diplom və ya myGov portalından elektron çıxarış).
Xaricdə TOP-500 universitetlərindən birini bitirmişəm. Hansı sənəd tələb olunur?
Bu meyar üzrə müraciət etmək üçün bitirdiyiniz xarici ali təhsil müəssisəsi müraciət ilindən əvvəlki təqvim ilinin THE və ya ARWU reytinqində ilk 500-də yer almalıdır.
Müraciət zamanı xarici ali təhsil müəssisəsində əldə edilmiş ixtisasın Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tam tanınmasını təsdiq edən sənədin əlavə edilməsi tələb olunur.
Dövlət Proqramı siyahısındakı universiteti şəxsi vəsaitim hesabına bitirmişəm. Müraciət edə bilərəm?
Bəli. Təhsilin Dövlət Proqramı və ya şəxsi vəsait hesabına maliyyələşdirilməsi fərq yaratmır.
Əsas şərt bitirdiyiniz xarici ali təhsil müəssisəsinin və müvafiq təhsil proqramının Dövlət Proqramı üzrə təsdiq edilmiş siyahılara uyğun olmasıdır. Müraciətə ixtisasın tam tanınmasını təsdiq edən sənəd əlavə edilməlidir.
İnformasiya texnologiyaları sahəsində istənilən beynəlxalq sertifikat kifayətdirmi?
Xeyr. Yalnız informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində cari il üzrə təsdiq olunmuş siyahıda yer alan “Advanced” və ya “Expert” səviyyəli beynəlxalq sertifikatlar nəzərə alınır.
Müraciət etməzdən əvvəl sertifikatınızın həmin siyahıda olub-olmadığını yoxlamağınız tövsiyə olunur.
Müraciətdə sənəd çatışmazlığı aşkar edilsə və ya əlavə sənəd tələb olunsa, bu barədə necə məlumat alacağam?
Müraciətinizlə bağlı əlavə məlumat və ya sənəd tələb olunduqda Milli Müdafiə Universiteti tərəfindən şəxsi kabinetinizdəki “Məktub qutusu” bölməsinə bildiriş göndəriləcək.
Yeni bildiriş barədə qeydiyyat zamanı göstərdiyiniz elektron poçt ünvanına da məlumat göndəriləcək.
Seçim meyarına uyğun olmağım xidmət yerimin avtomatik təsdiqlənməsi deməkdirmi?
Xeyr. Seçim meyarlarından birinə uyğunluq intellektual bölmələrdə xidmətə cəlb olunmanın ilkin şərtlərindən biridir. Müraciətin təqdim edilməsi və ya ilkin qeydiyyata alınması xidmət yerinin təsdiqləndiyi demək deyil.
Yekun uyğunluq təqdim edilmiş məlumatların və təsdiqedici sənədlərin aidiyyəti qaydada yoxlanılması nəticəsində müəyyən edilir.
Texnoloji olimpiada və yarış qalibləri hansı sənədləri təqdim etməlidirlər?
Bu meyar üzrə müraciət edən şəxslər iştirak etdikləri olimpiada, yarış və ya müsabiqənin adını, keçirildiyi ili və əldə etdikləri nəticəni göstərməli, qalibiyyəti təsdiq edən rəsmi sənədi əlavə etməlidirlər.
Yalnız cari il üzrə təsdiq olunmuş siyahıda yer alan olimpiada, yarış və müsabiqələr nəzərə alınır.
Müraciətimin vəziyyətini necə öyrənə bilərəm?
Müraciətinizi göndərdikdən sonra şəxsi kabinetinizdəki “Müraciətim” bölməsinə daxil olaraq müraciət nömrəsini, təqdim edilmə tarixini, seçilmiş meyarı, təqdim etdiyiniz sənədləri və müraciətin cari statusunu görə bilərsiniz.
Müraciətlə bağlı mühüm bildirişlər “Məktub qutusu” bölməsində yerləşdirilir.
Şəxsi kabinetimin şifrəsini unutduqda nə etməliyəm?
Portalın giriş səhifəsində “Şifrənizi unutmusunuz?” keçidini seçərək FİN kodunuzu daxil edin.
Qeydiyyat zamanı göstərdiyiniz elektron poçt ünvanına göndərilən təsdiq kodu vasitəsilə yeni şifrə müəyyənləşdirə bilərsiniz.
Müraciəti göndərdikdən sonra daxil etdiyim məlumatları dəyişə bilərəm?
Müraciət təqdim edildikdən sonra müraciət məlumatlarında dəyişiklik etmək məhdudlaşdırılır.
Əlavə məlumat və ya düzəliş tələb olunduqda bu barədə Milli Müdafiə Universiteti tərəfindən şəxsi kabinetdəki “Məktub qutusu” vasitəsilə bildiriş göndərilir.
Müraciətimi göndərdikdən sonra əlavə sənəd təqdim edə bilərəm?
Bəli. Müraciət tamamlandıqdan sonra əlavə sənəd təqdim etmək istəyən şəxslər şəxsi kabinet vasitəsilə müvafiq sorğu göndərə bilərlər. Sorğuya müsbət baxıldığı təqdirdə müraciətçiyə əlavə sənəd yükləmək imkanı yaradılır.